"Bu ay Kahramanmaraşda Azərbaycanın bərpa etdiyi məhəllənin açılışı olacaq".
MillətinSəsi.İnfo "Report"a istinadla xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.
Səfir vurğulayıb ki, Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədə davam edir:
"Bu ay Kahramanmaraşda prezidentlərin iştirakı ilə Azərbaycan Məhəlləsinin açılışı nəzərdə tutulur. Ancaq dəqiq tarix hələ bəlli deyil".
Qeyd edək ki, hazırda Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarında tikinti işləri yekunlaşmaq üzrədir.
4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilir. “Azərbaycan” məhəlləsində yerləşəcək mədəniyyət mərkəzinin də layihələndirmə işləri Türkiyənin səlahiyyətli qurumu tərəfindən tamamlanmaq üzrədir. Layihə hazır olduqdan sonra qısa zaman ərzində mədəniyyət mərkəzinin və yeni yaşayış binalarının tikintisinin həyata keçirilməsi üçün işlərə başlanılacaq.