Soyğunda öldürülən məşhur reperin qətlində qadın və yeniyetmə şübhəli BİLİNİBLƏR - VİDEO

 30-09-2022

Soyğun zamanı qətlə yetirilən məşhur amerikalı reper və aktyor “PnB Rock”u (Rakim Haşim Allen) öldürməkdə şübhəli bilinən iki nəfər həbs edilib.

Bildirilir ki, şübhəlilər qadın və yeniyetmədir.

Bundan başqa, yeniyetmənin hazırda azadlıqda olan atası da cinayətdə ittiham olunur.

Xatırladaq ki, “PnB Rock” Los-Ancelesdə restoranda sevgilisi Stefani Sibunheuanq ilə nahar edərkən qarət edilib və ölümcül yaralanıb. Polisin məlumatına görə, soyğunçunun qurbanı silahla hədələdiyi barədə var.

Cinayətkar artistin bütün qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçmışdı.

Qeyd edək ki, musiqiçi və bəstəkar kimi də şöhrət qazanan mərhum rep ifaçısının ən populyar mahnısı “Selfish” olub.

Onun iki azyaşlı qızı qalıb.

Mənbə: Gazeta.ru

Bənzər yazılar

0.028833150863647