“Mahir ay brat” ləqəbli meyxanaçı azadlığa buraxıldı

 04-07-2025

“Mahir ay brat” ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyev azadlığa buraxılıb.

MillətinSəsi.İnfo APA-ya istinadla  xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu barədə qərar verib. Məhkəmə birinci instansiya məhkəməsinin hökmünü əsas tutaraq ona yenidən elektron qolbaq tətbiq edib və o, məhkəmə zalından azad olunub.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmünə əsasən, Mahir Qonşuyevə 1 il 8 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Ötən ay qaydaları pozduğu üçün onun barəsindəki azadlığın məhdudlaşdırılması cəzası Yasamal Rayon Məhkəməsi tərəfindən ləğv edilib və ona azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, Mahir Qonşuyev 2023-cü ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Bənzər yazılar

0.063712120056152