Kəbirə Məmmədova klinikasını satdı

 02-07-2025
Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova adına olan "Kəbirə-Tibb Mərkəzi"ni satıb. 
 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 2007-ci ildə fəaliyyət göstərən "Kəbirə-Tibb Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Referans" Klinikalar Şəbəkəsi tərəfindən bir neçə milyon manata satın alınıb. 
 
Klinika artıq Mərdəkan Referans Hospital adı ilə fəaliyyətə başlayıb. 
 
Qeyd edək ki, 04.04.2007-ci il tarixində yaradılan və qanuni təmsilçisi Abazəliyev Qüdrət Nurəddin oğlu olan "Kəbirə-Tibb Mərkəzi" 01.30.2025-ci ildə adını dəyişərək "Referans Medı-Art Hospital" MMC olub. Klinikaın nizamnamə kapitalı 10 manatdan 20 manata qaldırılıb. Sözügedən klinikanın qanuni təmsilçisi Kərimov Vasif Qaraxan oğlu seçilib. 
 
Xatıradaq ki, uzun illərdir fəaliyyət göstərən "Kəbirə-Tibb Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində KİV-dən kifayət qədər neqativ məlumatlar dərc edilib.
 

Bənzər yazılar

0.065099000930786