Prezident İlham Əliyev Kir Starmerə başsağlığı verib

 12-06-2025

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə başsağlığı məktubu ünvanlayıb.

MillətinSəsi.İnfo President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Hindistanın Əhmədabad şəhəri yaxınlığında "Air India" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla, çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Bənzər yazılar

0.070647954940796