108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb

 11-06-2025

Mayın 6-dan bu günə qədər 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edək ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

- Alternativ qeydiyyat mərkəzlərinə

- Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

- "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.

Xatırladaq ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

 

Bənzər yazılar

0.065133094787598