İsveçrə klubu millimizin üzvünü TƏBRİK EDİB

 23-09-2022

Millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” oyunçunu yığmada ilk qolunu vurması münasibəti ilə təbrik edib.

Milletinsesi.info xəbər verir ki, İsveçrə klubu sosial şəbəkə hesablarında Dadaşovun şəklini paylaşaraq bu sözləri yazıb:

“Renat Millətlər Liqasının dünənki qələbəsində Azərbaycan millisinin heyətində ilk qolunu vurub. Təbriklər Renat”.  

Qeyd edək ki, R.Dadaşov Millətlər Liqasının 5-ci turunda Slovakiya ilə matçda (2:1) millimizin birinci qolunun müəllifi olub. Bununla da o, yığmamızda ilk qolunu vurub.

 

Bənzər yazılar

0.5388560295105