Binəqədi rayonunun Binəqədi kəndində sakinlər yolların yarasız olmasından narazıdırlar.
Bu barədə Oxu.Az-a daxil olan şikayətdə bildirilir.
Qeyd olunur ki, Binəqədi kəndinin Loğman küçəsində yağıntılı havalarda hərəkət etmək qeyri-mümkündür. Vəziyyəti daha da ağırlaşdıran məqam isə kanalizasiya sularının birbaşa küçəyə axaraq ərazidə antisanitar vəziyyət yaratmasıdır.
" Yağış yağanda burada sanki həyat dayanır. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, nə baxan, nə də tədbir görən var", - deyə şikayətdə bildirilir.