Yeni Suraxanı sakinlərinin kanalizasiya problemi

 30-04-2025

Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin sakinləri kanalizasiya xəttinin sıradan çıxmasından şikayətçidirlər.

Bununla bağlı Oxu.Az-a müraciət ünvanlanıb.

Müraciətdə vurğulanır ki, qəsəbənin M.Ə.Sabir küçəsində kanalizasiya sisteminin çökməsi sakinlərin gündəlik həyatını iflic edərək, sanitar-epidemioloji təhlükə yaradıb.

"Yolumuzun vəziyyəti acınacaqlı olmaqla yanaşı, həm də təhlükəlidir. Günün qaranlıq saatlarında hər an hadisə baş verə bilər. Çirkab su daşıb həyətlərə, evlərin altına yığılır. Problemi isə həll edən yoxdur. Gəlirlər, baxırlar və çıxıb gedirlər", - deyə şikayətdə bildirilir.

 

Bənzər yazılar

0.068623065948486