Sədərəkdə 2 mərtəbəli binanın əsaslı təmirinə 414 min manat xərclənəcək

 28-04-2025

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi olan “Construction Business Group” MMC (VÖEN – 1404804151) nazirliyin sifarişi əsasında Sədərək rayonu, Heydərabad qəsəbəsi, 3-cü küçə 3 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin və Sosial Xidmətlər Agentliyinin rayon sektorunun inzibati binasının əsaslı təmir işlərini həyata keçirəcək.

Sədərək rayonu, Heydərabad qəsəbəsi, 3-cü küçə 3 ünvanında yerləşən 2 mərtəbəli binanın əsaslı təmiri üçün nazirlik qalib şirkətə 413 min 932 manat 81 qəpik ödəyəcək.

Qeyd edək ki, nizamnamə kapitalı 1 120 manat olan “Construction Business Group” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov 3 MKR, ev 9, m. 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Elmir Vaqif oğludur.

Elnur Əli

Bənzər yazılar

0.068671941757202