"10 ildir deyirlər ki, yeni binaya köçürəcəyik" - Sakinlərə yalan vədlər verilir?

 25-04-2025

Bakı şəhərində Xətai rayonu, Babək prospekti 8 ünvanında yerləşən və 1998-ci ildə inşa edilən binanın sakinləri tikinti şirkətindən şikayətçidirlər.

19 mərtəbəli binanın sakinlər deyirlər ki, onlara illər əvvəl həmin ərazidə yeni inşa olunan binaya köçürüləcəkləri vədi verilib.

"Camaat 2014-cü ildən gözləyir ki, tikilən yeni binadan onlara ev veriləcək. Köhnə binadakı evlər təmirsiz, kommunikasiya xətləri bərbad haldadır, lift köhnəlib. Yaşamaq mümkün deyil", - deyə sakin narazılıq bildirib.

"10 ildir deyirlər ki, sizi yeni binaya köçürəcəyik. Bizə həqiqətən də ev verəcəklərsə, gözləyək. Əks halda, öz işimizi bilək", - başqa bir sakin deyib.

Ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.063417911529541