Həbsxanadan cəbhəyə aparılan azərbaycanlı Ukraynada həlak oldu

 17-04-2025

Ukrayna ordusunun sıralarında Rusiyaya qarşı vuruşan azərbaycanlı Sənan Möhsümov həlak olub.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə jurnalist Aygün Muradxanlı sosial şəbəkə hesabında məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan digər məlumata görə, Rusiya ordusunun tərkibində Ukrayna silahlı qüvvələrinə qarşı döyüşən Gürcüstanın Bolnisi rayonunun Arıxlı kənd sakini Hüseyn İsayev də həlak olub.

“Teleqraf” 1993-cü il təvəllüdlü H. İsayevin Rusiyadakı həbsxanadan müharibəyə cəlb edildiyini yazıb. Bildirilib ki, o, Tula vilayətində qəsdən adam öldürmə cinayətinə görə cəzaçəkmə müəssisəsinə yerləşdirilibmiş.


Bənzər yazılar

0.064577102661133