Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində sahə rəisi ölüb

 16-04-2025

Bu gün Ağsu rayonunda selin ekskavatoru aparması nəticəsində Pərviz Həyatullayev tikinti sahəsinin rəisi ölüb.

MillətinSəsi.İnfo Qafqazinfo-ya istinadən həmin şəxsin fotosunu təqdim edib.

Məlumata görə, Pərviz Həyatullayevin 4 övladı var.

Rayonun Kalva kəndində baş verən hadisədə daha üç nəfər xəsarət alıb.

Ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.

Qeyd olunub ki, rayonun Kalva kəndində baş verən hadisədə üç nəfər - 1982-ci il təvəllüdlü Qazax rayon sakini  Bəxtiyar Abdullayev, Gədəbəy rayon sakini  Bəxtiyar Qasımov (1988) və Cəbrayıl rayon sakini Elnur Salahov (1992) xəsarət alıb.

Yerli sakinlərin məlumatına görə, kəskin hava şəraitində, küləkdən qorunmaq üçün işçilər ekskavatora sığınıblar. Bundan sonra gələn sel ekskavatoru aparıb.

TƏBİB-in məlumatına görə, leysan xarakterli yağış nəticəsində Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbilə xəsarət alan 3 kişi Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. 

Onlardan 1992-ci il təvəllüdlü və 1982-ci il təvəllüdlü şəxslər boğulma, hipotermiya, travmatik şok, hipoksik ensefalopatiya, bədənin müxtəlif nahiyələrinin travmatik zədələnmələri və sıyrılmış yaralar diqanozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicə alır. 

1988-ci il təvəllüdlü şəxs isə boğulma, hər iki baldırın sıyrılmış yarası diaqnozu ilə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.

Bənzər yazılar

0.064099788665771