MTN polkovnikinin əmlakları MÜSADİRƏ OLUNUB

 21-09-2022

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi, polkovnik Yasin Məmmədovun üzərinə həbs qoyulmuş əmlakları müsadirə olunub.

APA.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin bu gün qəbul etdiyi hökmdə Yasin Məmmədovun öz adına və qohumu Fərid Məmmədovun adına rəsmiləşdirilmiş ümumilikdə 278 min 600 manatlıq əmlakının dövlət nəfinə müsadirə olunacağı qeyd olunub.

Həmin əmlakların siyahısını təqdim edirik:

  • Bakı şəhəri Mikayıl Müşfiq küçəsində yerləşən 102 min 200 manatlıq ev;
  • Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində yerləşən 104 min manatlıq mənzil;
  • Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən 72 min manatlıq torpaq sahəsi.

Qeyd edək ki, bu gün elan olunmuş hökmə əsasən, ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.

Bənzər yazılar

0.47455620765686