Rusiyada düşüncələri dəyişən Türk hərbi əsirləri

 25-03-2025

1877-1878-ci illərdə Rusiya və Osmanlı dövləti arasında müharibədən sonra imperiyada hərbi əsirlər məsələsi gündəmə gəlir.

Ruslar tərəfindən əsir götürülən bəzi Osmanlı əsgərləri xətəstəlik və yaralardan ölsə də, iyun 1878-ci il Berlin konqresindən sonra əksər hərbi əsirlər vətənlərinə geri qaytarılır.

Lakin hələ də Rusiya hərbi düşərgələrində Osmanlı əsgərləri qalmaqda idi və onlar Ukrayna, Mərkəzi Rusiya, Pribaltika və digər ərazilərdə saxlanırdı.

Zabitlər bir düşərgədə, əsgərlər isə digərlərində saxlanılırdı. Gün ərzində bir çörək, 100 qram ət verilirdi onlara.

Türk əsgərləri Rusların bişirdiyi çörək yemirdilər və özlərinə sadəcə Un verilməsini xahiş etmişdilər ki, özləri düşərgədə bişirib yesinlər. Ət payı isə halal olmayanda qəbul etmirdilər.

Soyuq qış günlərində isə türk əsgərləri heyvanların dərilərindən özlərinə geyim tikirdilər. Çünki Rus hərbiçiləri onlara geyim verməkdən imtina etmişdilər.

Türk zabit və əsgərlərinə ilkin münasibət çox pis idi. Onlara "vəhşi" və "barbar" kimi təqdim edilən türk əsgərlərinə yerli sakinlər nifrətlə yanaşırdılar və imkanları düşəndə onlara daş atırdılar.

Yerli sakinlərun gözündə qatil, adam öldürən, "busurman" kimi görünən Türk əsgərləri zamanla onların yanlış düşüncələri olduqlarını sübut edirlər.

Əsgərlər müxtəlif işlərə cəlb edildikləri üçün ilk öncə bacarıqlı sənətkarlar olduğu üzə çıxır. İmperiya kəndlilərinin bütün işlərində əl işləri ilə təəccübləndirən türk əsgərləri eyni zamanda dərzi, aşpaz, dulsuçu və digər işlərdə özlərini göstərdikcə yerli əhalinin onlara münasibəti dəyişir. Yavaş yavaş əsgərlərə geyim və ərzaq yardımı edilməyə başlayır..

Onları daha çox isə Osmanlı ordusunda xidmət edən xristian türkləri idi ki, kilsələrə gedirdilər.

Müsəlman türklər isə təmizlik və gigiyenik işlərdə o qədər həssas idilər ki, yerli sakinlər onlara sevgi göstərməyə başlayırlar.

Xüsusilə türk zabitləri içərisində əksəriyyətinin Avropa dilləri bilməsi, musiqi və təhsil sahəsində yüksək bilikləri olması yerli insanların diqqətini cəlb edirdi.

Piano və digər musiqi alətlərində ifa, elmi biliklər, mədəni biliklər, xarici dillərdə danışmaq və digər biliklər rus zabitlərindən daha üstün olduğu üçün varlı ailələr Türk zabitlərindən xahiş edirdilər ki, onların övladlarına bunu da öyrətsinlər.

Mədəni tədbirlərdə musiqi və oxumaq üstünkükləri, tərcümə üstünlükləri və təhsildə güclü bilikləri olan Türk əsgərləri yaşadıqları ərazidə onlara qarşı münasibəti tamamilə dəyişməyə nail oldular..

Sənətkarlıq və təhsil bilikləri sayəsində yerli sakinlərin böyük sevgisini qazanan hərbi əsirləri geri qaytaran zaman onlar göz yaşları içərisində onların geri qayıtmamasını xahiş edirdilər.

Nəticədə əksər türk zabit və əsgərləri vətənlərinə geri dönməyərək burda qalırlar və yerli mədəniyyətə, təhsilə və sənətkarlığa töhvəsini verilər.

Beləliklə, Rusiya İmperiyasının böyük hissəsində vəhşi kimi tanınan türklər öz mədəniyyətləri və bilikləri ilə düşüncələri dəyişməyə nail olurlar.

Zaur Əliyev, dosent

Bənzər yazılar

0.079538106918335