Husilər İsrail və ABŞ hədəflərinə zərbələr endiriblər

 22-03-2025

Yəmənin qiyamçı "Ənsar Allah" hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına, eləcə də Qırmızı dənizdə ABŞ-nin "USS Harry Truman" aviadaşıyıcı qrupunun gəmilərinə zərbələr endiriblər.

Oxu.Az "Al Masirah" telekanalına istinadla xəbər verir ki, bu barədə husilərin silahlı birləşmələrinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Biz "Fələstin-2" hipersəsli ballistik raketlə Ben-Qurion aeroportuna hücum etmişik. Bundan başqa, ABŞ-nin "USS Harry Truman" aviadaşıyıcısı ilə bərabər bir sıra hərbi gəmilərə hücum üzrə əməliyyat keçirmişik".

Bənzər yazılar

0.068825960159302