Ötən gün vəfat edən Xalq artistinin dəfn yeri MƏLUM OLDU

 13-03-2025

Ötən gün beyninə qansızması Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, balet ustası Tamilla Şirəliyeva bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Bu barədə Milletinsesi.info-a onun yaxınları məlumat verib.

Qeyd olunub ki, Xalq artisti ilə vida mərasiminin bu gün saat 10:30-dan 12:00-a qədər Təzəpir məscidində keçirilməsi nəzərdə tutulub.

"Tamilla xanımın həyat yoldaşı çoxdan dünyasını dəyişib. Teymur adlı bir oğlu var. Təəssüf ki, anasının dəfnində iştirak edə bilməyəcək. Çünki ABŞ-də yaşayır. Sənədlərində yaranan problemlə bağlı dəfndə iştirakı mümkün olmayıb", - deyə yaxını bildirib.

Xatırladaq ki, Tamilla Xudadat qızı Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub. O, ötən gün 79 yaşında vəfat edib.

Əzizə İsmayılova

Bənzər yazılar

0.060168981552124