Pakistanda QANLI OLAY: Silahlılar sərnişinləri avtobusdan düşürüb, güllələdilər

 19-02-2025

Pakistanın cənub-qərbində silahlı şəxslər Lahor şəhərinə gedən avtobusun qarşısını kəsərək sərnişinləri qətlə yetiriblər.

Milletinsesi.info AFP agentliyinə istinadən xəbər verir ki, qanlı olayı Pakistanın Bəlucistan əyalətinin rəsmisi Səadət Hüseyn də təsdiq edib.

O qeyd edib ki, hücum edən silahlılar əvvəlcə atəş açaraq, avtobusun təkərlərini partladıblar. Daha sonra sərnişinləri düşürərək onların pasportlarını tələb ediblər. Sərnişinləri yolun kənarına düzən silahlılar onlardan yeddisini qətlə yetiriblər.

Hələlik hadisənin hansı terror qruplaşması tərəfindən törədildiyi məlum deyil.

Bənzər yazılar

0.069594144821167