Azərbaycanlı gənc Yunanıstanda qanunsuz həbs edilib? – Video

 07-02-2025

İmişli rayonu, Mircəlal kənd sakini Elvin Əhmədov bir aydan çoxdur ki, Yunanıstanda həbs edilib.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə azərbaycanlı gənc “Xəzər Xəbər”ə açıqlama verib.

O bildirib ki, 5 aydır, nişanlandığı üçün Türkiyədə, Antalyada yaşayırmış:

“İşlə əlaqədar Fethiye bölgəsindən mühərrikli qayıqla Bodruma gələrkən dənzidə qayıqda nasazlıq yaranıb”.

Yunanıstanın paytaxtı Afina şəhərində yerləşən Korderyus həbsxanasında saxlanılan Elvin idida edir ki, saxlanılması və öz ölkəsinə deport edilməməsi qanunsuzdur:

“Çünki yaxalandığım qayığın texniki göstricisi belə Türkiyədən Yunasıntana qədər gəlmək üçün uyğun deyil”.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən bildirilib ki, Elvin Əhmədovun Yunanıstanda həbs edilmə səbəbləri araşdırılır.

Bənzər yazılar

0.080975770950317