BMT Baş Assambleyasının sədri: “Dünya Karib böhranından bu yana nüvə münaqişəsinə bu qədər yaxın olmayıb”

 15-09-2022

“Dünya Karib böhranından (Kuba raket böhranı) bəri nüvə münaqişəsinə bu il olduğu qədər yaxın olmayıb”.

Bu qiymətləndirməni BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Kyoryoşi açıqlayıb.

“Biz Karib böhranından bu yana real nüvə münaqişəsinə bu qədər yaxın olmamışıq. Və mən hesab edirəm ki, bu, hamımız üçün olduqca ciddi xəbərdarlıqdır”, - deyə sədr qeyd edib.

“Nüvə silahından istifadə variantına əl atmaq doğru deyil, bu variant üzv ölkələrin alətlər dəstindən çıxarılmalıdır”, - deyə Assambleya sessiyasının rəhbəri vurğulayıb.

“Nüvə silahlarının həftəlik və aylıq əsasda siyasi silah kimi istifadə edildiyi günlərə qayıda bilmərik. Və Allah eləməsin ki, nüvə zərbəsi endirilsin, belə çətin vəziyyətə qalaq”, - deyə o qeyd edib.

Mənbə: TASS

Bənzər yazılar

0.29599595069885