Sülhlə bağlı neçə maddə razılaşdırılıb? - Paşinyanın mətbuat katibindən mühüm açıqlama - VİDEO

 11-01-2025

Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi ilə bağlı müzakirə olunan 17 maddədən 15-i razılaşdırılıb. Qalan 2 maddədə də ortaq məxrəcə gəlmək üçün qarşı tərəfin icra edəcəyi proseslər var.

Birincisi, Ermənistan Konstitusiyasında dəyişiklik olunmalıdır. Çünki həmin sənəddə Azərbaycana qarşı ərazi iddiaları yer alır, Qarabağ muxtar vilayət kimi Ermənistanın bir hissəsi olaraq göstərilir. Azərbaycanın digər şərti isə ATƏT-in Minsk Qrupunun ləğv edilməsidir.

Görünür, bu məsələdə razılaşmanın əldə edilməsi ehtimalı artıb. Ermənistan Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir. Bu barədə Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan açıqlama verib. O bildirib ki, Ermənistan ATƏT-ə Minsk Qrupunun ləğvi üçün müraciət etmək imkanını nəzərdən keçirir.

Siyasi şərhçi İlyas Hüseynovun sözlərinə görə, Ermənistan tərəfi yaxşı anlayır ki, burada havadarlara güvənmək tamamilə yolverilməzdir və regionda sülhün heç bir alternativi yoxdur: "Ümid edirəm ki, Azərbaycanın tələbləri tez bir zamanda icra olunacaq, İrəvan tərəfindən ictimaiyyəti çaşdıran çıxışlar görməyəcəyik və Minsk Qrupunun buraxılması ilə bağlı qətiyyətli addımlar atılacaq".

Ətraflı Baku TV-nin süjetində:


 

Bənzər yazılar

0.061264991760254