İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri yerli anti-ballistik hava hücumundan müdafiə raket sistemini sınaqdan keçirəcək.
Ölkə.Az xəbər verir ki, bu barədə SEPAH Aerokosmik Qüvvələrinin Hava Hücumundan Müdafiə Komandanı general Davud Şeyxian məlumat verib.
SEPAH-ın qabaqcıl hava hücumundan müdafiə imkanlarına malik olduğunu vurğulayan general əlavə edib ki, yaxın gələcəkdə yerli istehsal olan yeni anti-ballistik hava hücumundan müdafiə sistemi sınaqdan keçiriləcək.
Komandan bildirib ki, İranın yeni sistemi mütləq hərbi sahədə düşmən ölkələrin beynində suallar yaradacaq.
İranın Hava Hücumundan Müdafiəsinin mərkəzi qərargahı olan Xatəm əl-Ənbiya Hava Hücumundan Müdafiə Bazasının komandiri isə ölkənin həssas məntəqələrinin yaxınlığında bir sıra yeni və məxfi hava hücumundan müdafiə sistemlərinin quraşdırıldığını bildirib.
Mürtəza
Ölkə.Az