ABŞ prezidenti Co Bayden gələn çərşənbə günü (yanvarın 15-də) vida nitqini söyləyəcək.
Ölkə.Az xəbər verir ki, bu barədə məlumat verən Ağ Ev ABŞ prezidentinin nədən danışacağı ilə bağlı əlavə açıqlama verməyib.
Bu onun prezident kimi son çıxışı olacaq.
Baydenin vida nitqi müxtəlif siyasi vəzifələrdəki təcrübələrini və ölkənin gələcəyi ilə bağlı amerikalılara bir mesajı əks etdirəcək.
Vida nitqi zamanı prezidentlər ənənəvi olaraq ən diqqətəlayiq nailiyyətlərini sadalayır, gələn administrasiyaya uğurlar arzulayır və ölkənin vəziyyəti haqqında fikirləşirlər.
Qeyd edək ki, yanvarın 20-də yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimi keçiriləcək və o rəsmi olaraq öz vəzifəsinin icrasına başlayacaq.
Mürtəza
Ölkə.Az