ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı ən geniş sanksiyalar paketini açıqlayıb.
Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, nazirliyin saytında yerləşdirilən açıqlamaya istinadən xəbər verir ki, sanksiyalar Rusiyanın neft hasilatı və ixracına qarşı yönəlib. Sanksiyalar əsasən indiyədək məhdudiyyətlərdən kənarda qalan "Surgutneftegaz" və "Qazpromneft" şirkətlərinə aiddir.
Sənəddə 180-dən çox neft gəmisi, eləcə də müxtəlif sığorta şirkətləri, vəzifəli şəxslər, neft-qaz xidməti göstərənlər və s. yer alıb.
Sanksiya siyahısına salınanlar "Zarubejneft"in rəhbəri Sergey Kudryashov, “Qazpromneft” və onun rəhbəri Aleksandr Dyukov, "Surqutnefteqaz", Rusiya energetika nazirinin müavinləri Roman Marşavin və Eduard Şeremetsev, "İnqosstrax" və "AlfaStrakhovanie", "Qazprom LNG Portovaya" və "Qazprom Shelfproekt", "Achimgaz", "Rusgazburenia", "Qazprom" və "Lukoyl"un birgə müəssisəsi "Layavozhneftegaz", Serbiyanın NIS şirkəti, "Polar litium".
"Vostok Oil", Lukoil-in prezidenti və Tatneft-in baş direktoru, Rusiyanın Arctic LNG 2 layihəsi ilə əlaqəli strukturlar, Rosatom rəhbərliyinə daxil olan şəxslərdir.
Bundan əlavə, "Sovkomflot"un 69 gəmisi, o cümlədən 54 neft tankeri və 4 LNG daşıyıcısı, 180 digər neft-qaz tankeri, Rusiya neftinin satışını həyata keçirən neft treyderləri də sanksiyalara məruz qoyulub.
Böyük Britaniya ABŞ-ın bu sanksiyalarına qoşulduğunu elan edib. Londonun sanksiyaları 25 fevral 2025-ci il tarixindən qüvvəyə minir.