Bu, hər 10 ildə bir dəfə baş verir: Böyük bir asteroid Yerin yanından keçəcək

 10-01-2025

Yerə yaxın böyük bir asteroid - "Alinda" planetimizə yaxın məsafədən keçəcək. Bu cür hadisələr böyük obyektlər üçün çox nadir hallarda baş verir.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Virtual Telescope" layihəsinin astronomu Canluka Masi bildirib ki, bu ölçüdə asteroidin Yerə belə yaxınlaşması hər 10 ildə bir dəfə baş verir. 

"Forbes" jurnalının məlumatına görə "Alinda" adlı bu asteroid 2200-cü ilə qədər Yerə 15 milyon kilometrdən yaxınlaşa biləcək beş ən böyük asteroidlərdən biridir.

Hazırda "Alinda"nın parlaqlığı 9,7 ulduz ölçüsünə bərabərdir, bu isə adi gözlə görülməsi üçün kifayət deyil. Lakin o, Şimal yarımkürəsindən durbin vasitəsilə müşahidə edilə bilər.

"Alinda" 12 yanvar bazar günü 9,4 ulduz ölçüsü parlaqlığına çatacaq və 10 günlük keçidi ərzində ən parlaq anını yaşayacaq.

"Alinda" durbin vasitəsilə Əkizlər bürcündən keçərkən izlənə bilər. Bu bürc qaranlıq düşdükdən sonra bütün gecə ərzində görünür.

Avropa Kosmik Agentliyinin məlumatına görə, "Alinda" ilk dəfə 1918-ci ildə aşkar edilib. Adı Günəş ətrafında hər dörd ildən bir dövr edən asteroidləri təsvir etmək üçün istifadə edilir. "Alinda" asteroidlərinin əksəriyyəti vaxtlarının böyük hissəsini Mars və Yupiter arasında yerləşən asteroid qurşağında keçirir və nadir hallarda Yerə yaxınlaşır.

Bənzər yazılar

0.068876028060913