İran Azərbaycan və Türkiyə hava məkanını izləmək üçün Gilanda 800 km mənzilli "Nazir" Over-the-Horizon (OTH) radar sistemi quraşdırıb.
Ölkə.Az xəbər verir ki, İran "Nazir" kimi tanınan Over-the-Horizon (OTH) radar sistemini Gilan vilayətinin qərbindəki 2900 metr yüksəklikdə dağlıq ərazidə quraşdırıb.
Bildirilir ki, quraşdırılan radar sistemi 800 km məsafədə və 30 km-dən çox hündürlükdəki hədəfləri aşkar edə bilir.
"Nazir" radar sistemi İranın Azərbaycanın, Ermənistanın, Türkiyənin şərq ərazisinin böyük hissəsinə, Gürcüstanın böyük hissəsinə, qərbi Türkmənistana, Qazaxıstanın cənub-qərbinin bir hissəsinə və Xəzər dənizi üzərindəki bütün hava məkanına nəzarət etmək imkanı yaradır.
Mürtəza
Ölkə.Az