SEPAH daha bir yeraltı "raket şəhərciyini" nümayiş etdirib - VİDEO

 11-01-2025

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ən yeni yeraltı “raket şəhəri” təqdim edilib.

Ölkə.Az xəbər verir ki, İranın qabaqcıl raketlərinin yerləşdiyi obyektdən görüntülər cümə günü axşam dövlət televiziyası tərəfindən yayımlanıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Səlami və SEPAH Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Əmir Əli Hacızadə yeraltı obyektin açılışını ediblər. Açılışda media nümayəndələri də iştirak edib.

Videoda obyektdə saxlanılan mərmilərin anbarında maye yanacaqla işləyən Emad, Qədr və Qiam raketlər haqqında məlumat verilib. Obyektin açılışı raket şəhərinin digər hissələrinin 90 faizi isə jurnalistlərə göstərilməyib.

İsrailin İranın raket istehsal etmək qabiliyyətinin zədələndiyinə dair fikirləri rədd edən komandan deyib ki, raket istehsalının tempində azalma yox,əksinə artım var.

Onun sözlərinə görə, İran daim öz raketlərini kəmiyyət, keyfiyyət və dizayn baxımından təkmilləşdirir.

General-mayor Salami əlavə edib ki, SEPAH Aerokosmik Qüvvələri yaxın gələcəkdə daha çox yeni raket və raket qurğuları nümayiş etdirəcək.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.062144041061401