Sahil Babayev: "3 milyon insanı əhatə edən sosial islahat paketi hazırlanır"

 21-11-2024

Növbəti ildə əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əmək haqqı, minimum pensiya,  pensiyaların indeksiyalaşdırılması, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclis komitələrində “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, növbəti ildə cənab Prezidentin göstərişi ilə geniş sosial islahatların həyata keçirilməsi nəzərdə tutulub. “Bununla əlaqədar olaraq xüsusi paket layihəsi hazırlanır. Bu islahat paketi 3 milyon insanı əhatə edəcək.  İslahatlar paketi büdcə qəbul olunduqdan sonra hazırlanaraq təqdim olunacaq”, - nazir qeyd edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  qeyd edib ki, cari ilin 10 ayında toplanmış vakansiyalar çərçivəsində 61 min aktiv vakansiya formalaşdırılıb: "Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir. Bu baxımdan, növbəti ildə 130 min nəfərin işə düzəltməsi hədəfinə nail ola biləcəyik".

Nazir onu da qeyd edib ki, 2018-2024-cü illər ərzində 624 min nəfər Dövlət Məşğulluq Agentliyi tərəfindən işlə təmin olunub. 

"Bəzən vətəndaşlar qeyd edirlər ki, iki ildir əlillik təyinatı ala bilmirlər. Əgər belə problem varsa, müraciət etsinlər, araşdıraq, cavabını deyək".

O qeyd edib ki, əlillik statusu əlillərə verilməlidir: "Amma saxta yolla əlillikdən gəlir mənbəyi kimi istifadəyə yol verilməməlidir və bu cəhdin qarşısı alınacaq".

Nazir, həmçinin Azərbaycanda bütün xəstəxanaların adekvat işləmədiyinə inanmadığını bildirib. 

"Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik. Sosial cəhətdən az pensiya alan şəxslərimizin minimum pensiyasını artırmaqla onların ödənişlərini ciddi şəkildə artırırıq. Təxminən 300 min aşağıgəlirli pensiyaçımıza sırf sosial sığorta üzərində pensiya ödəsəydik, onlar 110 manatdan yuxarı pensiya almayacaqdılar.

Amma onlara minimum pensiya olaraq 280 manat ödənilir, növbəti ildə artım olacaq. Cəmi 1 qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiyanı ödəyirik. Bu gün pensiya kapitalının artımı heç kimin yolunu kəsmir. İşlədiyi dövrdə bir qəpik sosial sığorta ödənişi olan adam pensiya sisteminə daxil olur. Vətəndaş heç vaxt işləməyibsə, 1 qəpik sosial sığorta ödəməyibsə, o şəxslərin pensiya sisteminə girməsinə icazə vermək olmaz", - deyə nazir bildirib.

 

Bənzər yazılar

0.067490100860596