Fransa Prezidenti Emmanuel Makronun reytinqi antirekordu yenilədi

 31-10-2024

Fransa Prezidenti Emmanuel Makronun reytinqi antirekord yeniləyib.

"Axar.az" xəbər verir ki, Fransa liderinin populyarlıq səviyyəsi daha beş faiz azalaraq 17 faizə enib. Bu, Makronun prezident seçildiyi 2017-ci ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda, respondentlərin 78 faizi prezidentin fəaliyyətindən narazı olduqlarını bildirib.

"Le Figaro Magazine" yazır ki, bu göstəricilərə Makronun iyunda elan etdiyi parlamentin buraxılması səbəb olub.

Qeyd edək ki, bir müddət öncə, Emmanuel Makron prezident postunu tərk etmək niyyətində olmadığını və 2027-ci ilin mayında keçiriləcək seçkilərədək vəzifəsində qalacağını açıqlayıb.

 

Bənzər yazılar

0.074093818664551