Xırdalan Vəkil Bürosunun üzvü, vəkil Eldar Səfərov hüquq-mühafizə orqanlarına müraciət edib.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, 64 yaşlı vəkil bildirib ki, 2019-cu ilin avqust ayında Anar və Gülməmməd adlı şəxslər ondan daşınmaz əmlak satışı ilə əlaqədar 96 700 manat alaraq dələduzluq ediblər.
Vəkilin sözlərinə görə, Gülməmməd adlı şəxsin adına olan, Anar adlı şəxsin faktiki rəhbəri olduğu “Çinar AN” MTK-dan qeyri yaşayış sahəsi alıb və adları qeyd edilən şəxslərə 100 min manat pul ödəyib. Lakin daha sonra həmin əmlakın daha 2 nəfərə də satılması, başqa şəxs tərəfindən təmir edilməsi məlum olub. Bundan sonra vəkil Eldar Səfərov pullarını tələb etsə də, qarşı tərəf ödənişi geri qaytarmayıb.
Müraciətlə bağlı araşdırmalar aparılır.