Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırıram.
Ölkə.Az xəbər verir ki, belə bir bəyanatla ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp çıxış edib.
Onun sözlərinə görə, bu addım Ukraynada müharibəni mümkün qədər tez bitirmək məqsədi daşıyır.
“Bu mənim etmək istədiyim işlərdən biridir və tez... Prezident Putin mənimlə mümkün qədər tez görüşmək istədiyini söylədi. Ona görə də biz bunu gözləməliyik, lakin bu müharibəni bitirməliyik”, - Tramp bildirib.
Ukraynadakı müharibənin dəhşətli bir müharibə olduğunu qeyd edən Tramp bir daha təkrar edib ki, o vaxt ABŞ prezidenti olsaydı, bu müharibə başlamazdı.
“Bu müharibə dəhşətlidir. Heç kim belə bir şey görməmişdir. Biz, sadəcə, adamı dəli edəcək rəqəmlər görürük. Biz bunu dayandırmalıyıq", - Tramp qeyd edib.
Mürtəza
Ölkə.Az