Tramp Avropanın bu ölkəsini işğal etmək istəyir

 23-12-2024

Amerika hakimiyyəti Qrenlandiya üzərində nəzarəti bərqərar etməlidir.

Ölkə.Az xəbər verir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp belə bir açıqlamanı Ken Hoverinin Qrenlandiyanın da daxil olduğu Danimarkaya ABŞ səfiri təyin edilməsi qərarını açıqlayarkən verib.

"Dünyada milli təhlükəsizlik və azadlıq üçün ABŞ hesab edir ki, Qrenlandiyaya sahib olmaq və ona nəzarət etmək mütləq zərurətdir", - Tramp öz "Truth Social" səhifəsində yazıb.

Onu da qeyd edək ki, 2019-cu ildə prezident kimi ilk müddətində Tramp məsləhətçiləri ilə Qrenlandiyanın satın alınması imkanını müzakirə edib. Bununla bağlı geniş kampaniyada həyata keçirildi. Danimarkanın baş naziri Mette Frederiksen o zaman Trampın bu ideyasını absurd adlandıraraq onun Danimarkaya nəzərdə tutulan səfərini ləğv edib.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.06458306312561