Kremlin sözçüsü Dmitri Peskov Suriyada devrilən və ailəsi ilə birlikdə Rusiyaya sığınan Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin boşanacağı barədə iddialara münasibət bildirib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Peskov paytaxt Moskvada aktual mövzularla bağlı açıqlamalar verən zaman ona "Əsma Əsədin boşanaraq Rusiyanı tərk etmək istəməsi iddiaları doğrudurmu?" sualı ünvanlanıb.
Kreml sözçüsü isə “xeyr, bu, real deyil” cavabını verib.
Qeyd edək ki, Londonda doğulan və ailə qurduqdan sonra Suriyaya köçərək bank karyerasını yarımçıq qoyan Əsma Esədin Moskvadakı şəraitdən razı qalmadığı və Londona getmək üçün boşanmaq istədiyi bildirilirdi.
Əsəd ailəsi Rusiyada sığınsa da, onlara qarşı siyasi və maliyyə qadağaları qoyulub.
Billurə Yunus