Xaçmaz fermerləri çıxılmaz vəziyyətdə: "Bizə sərf eləmir, ziyandayıq"

 23-12-2024

Məhsul bol, alıcı az. Bağlarda illərdir xırnik (xurma) əkib-becərən xaçmazlı fermerlər bu il bir sıra çətinliklərlə üzləşiblər.

Ölkə.az xəbər verir ki, təsərrüfat sahibləri bu il xurma satışının çox zəif olduğunu və bu vəziyyətin onları maddi zərərə uğratdığını deyirlər.

"20 ilə becərdiyimiz ağacları kəsib atırıq. 700-800 manat ziyana düşmüşəm. Əvvəllər xurmanın kiloqramını 35-40 qəpiyə satırdıq, indi 10 qəpiyə alan yoxdur", - deyə fermer narazılığını bildirib.

Qeyd edək ki, rayonda min hektara yaxın xurma sahəsi mövcuddur. Bu bağlardan hər il təxminən 7 min tona yaxın xurma yığılır.

Daha ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.059159994125366