Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası təmir olunacaq.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.
Xəstəxananın əsas inzibati binası, əlavə korpus və köməkçi binalarının yenidən qurulması işləri həyata keçiriləcək.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnnovasiya və Təchizat Mərkəzi təmir işlərini "Var Construction” şirkətinə həvalə edib.
Nazirlik I mərhələ üzrə yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı şirkətlə 18 891 761,32 manat dəyərində müqavilə bağlayıb.
Xatırladaq ki, Respublika Klinik Xəstəxanasının inzibati binasının uzun müddətdir istismar olunması səbəbindən əsaslı təmirə ehtiyacı yaranıb. Bu səbəbdən xəstəxananın 6 terapevtik şöbəsi bu ilin iyun ayından müvəqqəti olaraq paytaxtdakı digər tibb müəssisələrinə köçürülüb.
Məlumata əsasən, mərhələli təmir işləri ilə əlaqədar olaraq xəstəxananın II korpusunda yerləşən Cərrahiyyə, Reanimasiya və Təcili tibbi yardım şöbələri birinci korpusa yerləşdirilir.