Qazi Suqovuşanı azad edərkən yaşadıqlarını DANIŞDI: "Ermənilər meyitlərinə sahib çıxmadı"

 04-10-2024

Oktyabrın 3-ü Tərtər rayonunun Suqovuşan qəsəbəsinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 4 il ötür.

Uzun illərdən sonra vətənin qəhrəman oğulları Suqovuşanı işğaldan azad edərək hər şeydən uca tutduğumuz müqəddəs bayrağımızı əzəli və tarixi torpağımızda yenidən ucaldıblar.

Bu unudulmaz anı bizə yaşadan igidlərdən biri də Suqovuşana bayraq sancan xüsusi təyinatlı İlkin Fərzəliyevdir.

Qazimiz Suqovuşanı azad edərkən yaşadıqlarını Baku TV-yə danışıb:

"Oktyabr ayında deyildi ki, Suqovuşan istiqamətində irəliləmək lazımdır. Biz Talışla Suqovuşan arasındakı 831 yüksəkliyinə gəlib çıxmışdıq. "N" saylı hərbi hissənin 6 kəşfiyyatçısı şəhid olmuşdu. Deyildi ki, o şəhidləri götürmək lazımdır. 12 saatlıq atəşkəs idi, neytrala çıxdım. Gördüm ki, ermənilər özləri üçün səngər düzəldiblər, sayları da çox idi. Silahı, bıçağı kənara qoydum. Göstərdim ki, üzərimdə heç bir şey yoxdur.

Bir dənə şəhidimizi götürməyim üçün icazə istədim. Ratsiya vasitəsilə belə bir əmr gəldi ki, erməni snayperlər sizi tanıyıblar, Fərzəliyev neçə şəhid götürübsə, qayıtsın. Ratsiyanı götürüb dedim ki, 6 şəhidimiz var, 2-ni rahat götürə bilirəm. Polkovnik dedi ki, onları götürüb qayıt, ermənilərin snayperləri səni vurmaq üçün icazə istəyiblər.

Dedim ki, yox. Ratsiyanı söndürdüm, gizir Rüstəmova verdim. Bizimkilərdən bircə dənə onu xahiş etdim ki, əgər vurulsam, meyitimi burada saxlamayın. Biz oradan şəhidləri götürdük. Həmin müddət ərzində ermənilərə dedim ki, biz şəhidlərimizi götürürük, siz də özünüzünküləri götürün. Dedilər ki, bizim meyitimiz yoxdur, onlar bizə lazım deyil".

Ətraflı süjetdə:

Bənzər yazılar

0.098556041717529