Peşə hazırlığına cəlb olunan şəxslərə verilən təqaüdün məbləği iki dəfə azaldılır

 26-09-2024

Peşə hazırlığına cəlb olunan şəxsə verilən təqaüdü əməkhaqqının 50 faizini təşkil edəcək.

Bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən peşə hazırlığına cəlb olunan işsiz və işaxtaran şəxslərə təhsil aldıqları dövrdə minimum aylıq əməkhaqqının 50 faizi məbləğində təqaüd ödəniləcək.

Daha öncə bu məbləğ minimum aylıq əməkhaqqı məbləğində müəyyən olunurdu.

Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi minimum aylıq əməkhaqqının 50 faizi məbləğində təqaüd veriləcək.

Hazırda peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.

Qeyd edilib ki, ölkə üzrə minimum aylıq əməkhaqqının hər il artırılması qeyd olunan təqaüd məbləğinin də artmasına gətirib çıxarır. Bu isə sui-istifadə halları yaradaraq, işlə təmin edilmə imkanları olan şəxslərin ehtiyac olmadığı halda peşə hazırlığına üstünlük vermələri ilə nəticələnməklə, peşə hazırlığına həqiqətən ehtiyacı olan şəxslərin bu imkandan istifadə etmələrinə əngəl yaradır.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


 

 

Bənzər yazılar

0.091170072555542