Ötən il daimi yaşamaq üçün başqa ölkələrə 15-29 yaşlarında olan 685 nəfər Azərbaycan vətəndaşı köçüb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə köçən azərbaycanlı gənclərin 166 nəfəri kişi, 519 nəfəri isə qadın olub.
Müqayisə üçün qeyd edək ki, 2022-ci illə müqayisədə ötən il daimi yaşamaq üçün ölkəni tərk edən gənclərin sayı 2,3 dəfə artıb. Belə ki, 2022-ci ildə daimi yaşamaq üçün başqa ölkələrə üz tutan gənclərin sayı 295 nəfər olub və bunların 106-sı kişi, 189-u qadın olub.
Məlumat üçün bildirək ki, ötən il azərbaycanlı gənclər daimi yaşamaq üçün ən çox Rusiyaya köçüblər. İl ərzində Rusiyaya 229 gənc köçüb və onların 77-si kişi, 152-si qadın olub. İkinci sırada Türkiyə qərarlaşıb. Türkiyəyə üz tutan azərbaycanlı gənclərin sayı 203 nəfər olub və onlardan 35-i kişi, 168-i qadın olub.
Qeyd edək ki, ölkədən köçən azərbaycanlılar əsasən aşağıdakı ölkələrə üz tutublar:
Rusiya – 229 nəfər (77 kişi, 152 qadın);
Türkiyə – 203 nəfər (35 kişi, 168 qadın);
Almaniya – 53 nəfər (8 kişi, 45 qadın);
ABŞ – 44 nəfər (0 kişi, 44 qadın);
Gürcüstan – 31 nəfər (12 kişi, 19 qadın);
Kanada – 25 nəfər (2 kişi, 23 qadın);
İsrail – 16 nəfər (2 kişi, 14 qadın);
Özbəkistan – 12 nəfər (12 kişi, 0 qadın);
Türkmənistan – 7 nəfər (7 kişi, 0 qadın);
Qazaxıstan – 7 nəfər (7 kişi, 0 qadın);
Qırğızıstan – 1 nəfər (1 kişi, 0 qadın);
Moldova – 1 nəfər (1 kişi, 0 qadın).
Elnur Əli