Mehriban Əliyeva ailə üzvləri ilə “Gənclik” parkında ağac əkdi

 23-09-2024

Sentyabrın 23-də Bakının Xətai rayonundakı “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib.

MillətinSəsi.İnfo xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və COP29 könüllülərinin qatıldığı aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.

Qeyd edək ki, “Gənclik” parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınıb. Ərazisi 43 hektar olan parkda yaşıllıq zolaqları ilə yanaşı, əyləncə və istirahət sahələri yaradılıb.

Xatırladaq ki, 2019-cu il noyabrın 11-də “Gənclik” parkı yeni salınarkən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak etmişlər. Dövlətimizin başçısı bir zamanlar baxımsız olan bu ərazidə abadlaşdırma işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.

 




Bənzər yazılar

0.065551042556763