Natiq Cəfərli Respublikaçı Alternativ (REAL) Partiyasının yeni sədri seçilib.
Bu barədə partiya məlumat yayıb.
Məlumata görə, partiyanın Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib.
Qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq.
Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.