Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçirilib.
APA.az xəbər verir ki, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib.
YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub.
Sahibə Qafarova VII Milli Məclisin sədri seçilib.
Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.