Liz Trasla danışan ilk prezident Zelenski OLUB: Baş nazirin tezliklə Ukraynaya səfəri GÖZLƏNİLİR

 07-09-2022

Böyük Britaniyanın yeni baş naziri Liz Trass Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və onu əmin edib ki, Kiyev Londonun tam dəstəyinə, uzunmüddətli köməyinə arxalana bilər.

Bu barədə Britaniya baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iki ölkə liderləri qlobal təhlükəsizliyin gücləndirilməsinin zəruriliyini və Rusiyanın gəlirlərini azaltmaq üçün tədbirləri müzakirə ediblər. Trass Britaniya və müttəfiqləri üçün enerji müstəqilliyinin vacibliyini vurğulayıb.

Britaniyanın yeni baş naziri həmçinin bildirib ki, o, yaxın gələcəkdə prezident Zelenskinin Ukraynaya səfər etmək barədəki dəvətini qəbul etməyə şaddır.

Ukrayna prezidenti də öz növbəsində Trussa dəstəyə görə təşəkkür edib və onu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.28172993659973