Türkiyənin İstanbul şəhərində azərbaycanlılar arasında atışma olub və Ceyhun Əkbərov adlı şəxs qətlə yetirilib.
Musavat.com-un məlumatına görə, hadisə Seyyid Ömer məhəlləsində yerləşən idman zalında baş verib.
Sosial şəbəkələrdə yayılan məlumata əsasən, qətlə yetirilən şəxs Ceyhun Beyləqanlı adı ilə tanınır və kriminal aləmə yaxındır.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər artıq saxlanıb. Onlardan biri Rusiya vətəndaşı L.G. və digəri isə “Zyoma Masallinski” kimi tanınan Zeynal adlı kriminal avtoritetdir.