DGK sədr müavinin yenə işdən çıxarılması barədə məlumat yayılıb

 27-08-2024

Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini, gömrük xidməti general-mayoru Qasımov Cavad Mustafa oğlunun vəzifəsindən azad edildiyi bildirilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Unikal” məlumat yayıb.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında da Cavad Qasımovun vəzufədən azad edilməsi barədə KİV-də məlumatlar dərc olunmuş, lakin bir müddət sonra DGK yayılan məlumatları təkzib etmişdi.

Qeyd edək ki, Cavad Qasımov 2018-ci ildən DGK-nin sədr müavini vəzifəsini icra edir.

Bənzər yazılar

0.094886064529419