Sürücüləri çaşbaş salan nişanlanma - Həm parkinq, həm avtobus zolağı?

 24-08-2024

Bakının əsas prospeklərindən biri olan, Binəqədi şosesindən Bulvara qədər uzanan, bir neçə kəndlə Bakının mərkəzini əlaqələndirən Azadlıq prospekti təmir olunduqdan sonra yolda nişanlanma xətləri sürücülər arasında çaşqınlıq yaradıb.

Ziya Bünyadov prospekti ilə kəsişmədəki tuneldən çıxan zaman sağ zolaq avtobuslar üçün ayrılıb, iki zolaq sola dönmək üçün verilib, düzünə getmək üçün sadəcə bir zolaq ayrılıb.

İkinci belə bir qarışıq xətlənmə akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən sonra yolun sağında həm parkinq nişanının olması, həm də avtobus zolağının çəkilməsidir.

Qeyd edək ki, avtobus zolağına daxil olan sürücülər 100 manat cərimələnir, onların hesabına 2 bal yazılır. (milli.az)

 

Bənzər yazılar

0.10925507545471