Bu ilin iyul ayının 1-nə olan sonuncu məlumatı görə, Azərbaycanda 1 milyon 101 min pensiyaçı olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, pensiyaçıların 64,4%-ni və ya 709 min nəfərini yaşa görə pensiya alanlar təşkil edib.
Qeyd edək ki, pensiya yaşına çatıb pensiya almaq hüququ əldə edə bilməyənlərin, yəni pensiya əvəzinə yaşa görə müavinət alanların sayı isə 152,1 min nəfər olub.
Məlumat üçün bildirək ki, son bir ildə yaşa görə pensiya alanların sayı 6,1 min, yaşa görə müavinət alanların sayı isə 14,5 min nəfər artıb.