Verstappen ev Qran-Prisində BİRİNCİ OLUB

 04-09-2022

2022-ci il mövsümünün 15-ci “Formula 1” yarışı olan Niderland Qran Prisi başa çatıb.

“Zandvoort” avtodromunda baş tutan yarışı ev sahibi Maks Verstappen (“Red Bull”) ilk sıradan başlayıb. Onun əsas təqibçi Şarl Lekler (“Ferrari”) olub.

Lakin yarışın gedişində fransalı pilot ikinciliyini Corc Rasselə (“Mersedes”) güzəştə gedib.

Beləliklə də, 15 turdan sonra ümumi cədvələ başçılıq edən Verstappen (310 xal) ən yaxın izləyiciləri Şarl Lekler və Serxio Pereslə (“Red Bull”) aralarındakı fərqi artırıb. Hazırda son iki pilotun hesabında 201 xal var.

Mənbə: sports.ru

Bənzər yazılar

0.21112394332886