Türkiyədə intihardan xilas edilən şəxs xilaskarı tərəfindən DÖYÜLÜB - VİDEO

 03-09-2022

Türkiyənin Aydın şəhərinin Kuşadası rayonunda naməlum bir şəxs özünü asaraq intihar etmək istəyib.

Özünü kəndirlə yük maşınının güzgüsünə bağlayan şəxsi başqa bir şəxs xilas edib. Lakin sonra xilas etdiyi adamı təpik və yumruqla döyməyə başlayıb.

Həmin anlar ətrafdakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Sakinlər polisə xəbər verib.

Lakin hər iki şəxs bir müddət sonra heç bir şey olmamış kimi ərazini tərk ediblər.

Hadisə ilə bağlı araşdırma davam edir.

Mənbə: Haber Global

Bənzər yazılar

0.2831130027771