Bəzi qadınlar niyə xəyanətə GÖZ YUMURLAR?

 01-08-2024

Cəmiyyətimizdə kişilərin xəyanətinə baxış heç də birmənalı deyir. Bir çox qadınlar xəyanəti heç vaxt bağışlamayacaqlarını deyirlər.

Bəzən isə qadınların "Uşaq varsa, xəyanəti keçmək olar, "Ailəmin xatirinə xəyanəti bağışlayaram", "Ərimi başqa qadınla görsəm, gözümü yumaram" kimi fikirlərini tez-tez eşidirik.

Bəs görəsən qadınların bu cür düşünməsi nədən qaynaqlanır ?

Mövzu ilə bağlı psixoloq Gülər Məmmədova Bizim.Media-ya açıqlamasında bildirib ki, xəyanəti bağışlayan qadınlar adətən öz ayaqları üzərində dura bilməyən qadınlardır:

“Bəzi xanımlar kişinin xəyanətini bağışlayır. Çünki onlar bilirlər ki, öz ayaqları üzərində dayanıb övladlarını maddi olaraq təmin edə bilməyəcəklər, sıxıntıları olacaq. Bizdə, ümumiyyətlə, qızı ərə verəndə “dözməlisən” sözü var. “Mən necə dözmüşəm, sən də dözüb oturmalısan”. Xəyanəti bağışlamaq individual, fərdi yanaşmadır. Bəzən qadınların gedəcək yerləri olmadığı üçün xəyanətə göz yumurlar. Onlar bilirlər ki, ata evinə qayıda bilməzlər. Çünki onları həmin evdə yaxşı şeylər gözləmir. 

Bəziləri el qınağından qorxur. 

Cəmiyyət içində “boşanmış qadın” damğası yeməyi özlərinə yaraşdırmırlar. Xəyanət edildiyi anda qadın özünü alçalmış, digər qadından əskik görür. “Niyə mənim ərim onu seçdi?” düşüncəsi ilə yaşayır, içinə kin, nifrət kimi mənfi duyğular yığılır. O dildə "bağışladım" deyə bilər, amma daxildə əsla xəyanəti bağışlaya bilməz.

Bəzi qadınlar həyat yoldaşlarından qisas almaq məqsədilə ona xəyanət edirlər, lakin boşanmırlar. Sədaqət hər iki tərəf üçündür. Qeyrət, namus, sədaqət anlayışlarını təkcə qadına aid etmək doğru deyil”.

Bənzər yazılar

0.089042901992798