Rüfət Quliyev seçkilərdə iştirak etməyəcək

 20-07-2024

VI çağırış Milli Məclisin bitərəf deputatı Rüfət Quliyev sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etməyəcək.

Rüfət Quliyev bu barədə Report.az-a açıqlamasında deyib.

O, bundan sonra elmi fəaliyyətlə məşğul olmaq istədiyini söyləyib:

“Hazırda Azərbaycan Texniki Universitetində müəllim kimi fəaliyyət göstərirəm. Bundan əlavə, iki universitetdən də iş təklifi almışam. Professoram, uzun müddət müəllim kimi çalışmışam və bu yöndə fəaliyyətimi davam etdirmək istəyirəm”.

R.Quliyev biznes sahəsində də müəyyən təkliflər aldığını vurğulayıb:

“Mənim uzunmüddətli sahibkarlıq təcrübəm var. Ona görə də bu sahədə təcrübəmə əsaslanaraq şirkətlərə məsləhət vermək istəyirdim. Hazırda iki nəhəng şirkətdən bununla bağlı təklif gəlib. Həmin təkliflər üzərində düşünürəm.

Eyni zamanda, CBC kanalında yayımlanan “Sahibkar saatı” və “Dünya iqtisadiyyatı və Azərbaycan” verilişlərinin də müəllifiyəm. Gördüyünüz kimi, işlərim yetərincə çoxdur. Bu səbəbdən, seçkidə iştirak etməməyə qərar verdim”.

 

Bənzər yazılar

0.84901404380798